90 dəqiqə azaldılır? - İngiltərədən yeni təklif

5 May 2020 16:25

İngiltərə Premyer Liqasında mövsmün bərpası ilə bağlı müzakirələr davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə çempionatının oyunları ilə bağlı fərqli təklif irəli sürülüb. Bu barədə Peşəkar Futbolçular Assosiasiyanın prezidenti Qordon Taylor məlumat verib. O, matçlarda hissələrin 45 dəqiqədən az oynanıla biləcəyini vurğulayıb: "Nələr olacağını bilmirik. Bildiyimiz tək şey hansı təkliflərin olduğudur. Daha çox ehtiyac oyunçu olması, matçların hissələrinin 45 dəqiqədən az olması təkliflər sırasındadır.

Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus səbəbindən martın 13-ü təxirə salınıb.

Milli.Az