Almaniyanın "Herta" klubu futbolçu Salomon Kalunu məşqlərdən uzaqlaşdırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna hücumçunun komanda yoldaşları ilə əl sıxması səbəb olub.
"Kot-d'ivuarlı futbolçu bəzi oyunçulara əl uzadıb görüşdüyünü əks etdirən videonu sosial şəbəkədə yerləşdirib.
Klub rəhbərliyi sosial məsafə qaydalarını pozduğu üçün S.Kalunu cəzalandırıb. Bununla bağlı futbolçu üzr istəyib.
Milli.Az