Ailton Silva ilə bağlı qərar verildi

5 May 2020 15:30

"Ştutqart" icarə əsasında "Qarabağ"da oynayan futbolçusu Ailton Silva ilə bağlı qərarını verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci Bundesliqa təmsilçisi 25 yaşlı müdafiəçisini gələcək planında görmür.

Qeyd edək ki, Silvanın "Qarabağ"la icarə müqaviləsi bu mövsümün sonu başa çatır. Braziliyalı oyunçunun "Ştutqart"la 2021-ci ilin iyunun 30-dək müqaviləsi var.

Milli.Az