Parlamentin yeni mətbuat katibi AzTV-nin aparıcısıdır

5 May 2020 11:40

Xəbər verdiyimiz ki, Milli Məclisin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni təyinat alan Elnar Məmmədov AzTV-nin əməkdaşıdır.

O, dövlət televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisidir. Eyni zamanda, "Əsas məsələ", "Hədəf" verilişlərinin aparıcısıdır.

Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi. O, MM sədri Sahibə Qafarovanın sərəncamı ilə vəzifəsindən azad edilib.

Milli.Az