"İnter"də yeni müqavilə

5 May 2020 12:01

"İnter" qapıçısı Samir Handanoviçlə yeni müqavilə imzalayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiperlə bu yay başa çatacaq müqavilənin müddətinin daha 1 il uzadılması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Handanoviç 2012-ci ildən "İnter"də oynayır.

Milli.Az