"Üzüm, saçlarım rahatlaşıb" - Oksananın karantin günləri

5 May 2020 11:56

Karantindən əvvəl gəldim rayona. Sonra Bakıya qayıda bilmədim. Valideynlərimlə birlikdə Şabranda qalmışam. Məsləhət belə oldu. Osmanla vaxt keçirirəm. Övladım üçün bura daha yaxşıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi bildirib ki, artıq çəki alıb:

"Buna heyfslənmirəm. Neçə aydır evdə oturmuşuq, bu da normal haldır. Üzüm, saçlarım rahatlaşıb, makiyaj etmirəm.

Osman babası ilə oynayır, toyuqlara yemək verir. Heç oyuncaqlarla oynamır".

Milli.Az