Məşhur klubun masajçısı koronavirusun qurbanı oldu

5 May 2020 10:00

Braziliyanın "Flamenqo" klubunun masajçısı Jorjinyo koronavirusun qurbanı olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxan 68 yaşlı Jorjinyonun ötən gün xəstəxanaya yerləşdirildiyi və pandemiyanın törətdiyi fəsadlardan sonra ürək tutmasından vəfat etdiyi bildirilib.

"Flamenqo" 40 ildir klubda çalışan Jorjinyonun yaxınlarına başsağlığı verib.

Milli.Az