Ukraynada karantin rejimi uzadıldı

4 May 2020 19:54

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi mayın 22-nə kimi uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar qəbul edib.

Bununla belə, mayın 11-dən başlayaraq bəzi məhdudiyyətlərin aradan qaldırılması da mümkün olacaq.

Qeyd edək ki, bu günədək ölkədə 12 mindən çox yoluxma qeydə alınıb. 303 nəfər ölüb, 1600-dən çox xəstə sağalıb.

Milli.Az