"Yuventus" təsdiqlədi: "Barselona" ilə danışıqlar aparırıq"

4 May 2020 18:59

"Yuventus"un "Barselona"nın yarımmüdafiəçisi Arturu heyətinə qatacağı, əvəzində Miralem Pyaniçi qarşı tərəfə göndərəcəyinə dair xəbərlər yayılmışdı.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiçi "Barsa" ilə danışıqlar apardıqlarını təsdiqləyib:

"Pyaniç - Artur "barter"i ilə bağlı gəzən söz-söhbətlərə gəlincə, biz həmişə bir-birimizlə danışırıq. Digər böyük klublar da istisna deyil. Ümumiyyətlə, futbolun gələcəyi ilə bağlı da müzakirələrimiz olur. Hazırda "Barselona" ilə danışıqlarımızın davam etdiyini təsdiqləyə bilərəm".

Milli.Az