Fatimə depressiyaya düşüb xəstəxanalıq oldu

4 May 2020 18:39

Rəqqasə Fatimə Fətəliyeva karantin günlərində yaşadığı depressiyadan danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. O, bildirib ki, 10 gün çətin günlər yaşayıb:

"Koronavirus yeni başlayanda çox fikirləşdim və 10 gün yataqda qaldım. Həkimə apardılar, nəzarətdən keçdim. Dedilər ki, sizdə heç nə yoxdur, psixoloji problemdir. Gedin beyninizi müalicə edin".

Milli.Az