Poçettino Premyer Liqa klubuna şərt qoydu

4 May 2020 18:29

"Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino Premyer Liqaya qayıda bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı "Nyukasl Yunayted"in sükanı arxasına keçə bilər. Poçettino Nyukasl təmsilçisinə keçmək üçün rəhbərlikdən müqavilə ilə Barcelona-ya məxsus olan Filipp Koutinyonun transferini istəyir. Klubun prezidenti Deniel Levi isə Koutinyonun keçidini mümkünsüz olduğunu bildirib.

Qeyd edək ki, Newcastle United-i ərəb şeyxlərinin satın alacağı iddia olunur.

Milli.Az