Britni Spirs evini yandırıb

4 May 2020 18:54

Keçirdiyi psixoloji sarsıntılarla gündəmdə olan dünyaca məşhur ifaçı Britni Spirs evini yandırıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 38 yaşlı amerikalı müğənni evinin idman zalını yandırması barədə özü məlumat verib.

O söyləyib ki, idman edəndən sonra yandırdığı şamları söndürməyi unudub. Bunun nəticəsində evdə böyük yanğın əmələ gəlib. Bir neçə əşyanı çıxmaq şərtilə idman salonu tamamilə yanıb.

Milli.Az