İtaliya klubu məşqə başlamaqdan imtina etdi

4 May 2020 19:59

İtaliyanın "Udineze" klubu koronavirus pandemiyası səbəbindən dayandırdığı məşqlərə başlamaqdan imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı bəyanat yayıb. Bildirib ki, müvafiq tibbi protokollar müəyyənləşənə və növbəti qərar açıqlanana qədər məşqlərə başlamaqdan imtina edilib.

Qeyd edək ki, İtaliya hökuməti mayın 4-dən etibarən klublara fərdi məşqlərə icazə verib.

Milli.Az