Bakıda körpə doğuş zamanı öldü

4 May 2020 12:34

Bakıda doğuş zamanı körpə ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36-cı həftəsində xəstəxanaya daxil olaraq qeysəriyyə əməliyyatı olunub. Əməliyyat zamanı məlum olub ki, onun bətnindəki uşaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az