"Bavariya"nın futbolçuları koronavirus testindən keçdi

4 May 2020 13:54

"Bavariya"nın futbolçuları koronavirus testindən keçiblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında 2019/20 mövsümünün mayın 9-dan etibarən bərpa olunması gözlənilir. Almaniya hökumətinin buna icazə verib-verməyəcəyi isə mayın 6-da açıqlanacaq qərardan sonra bilinəcək.

Milli.Az