"Vertu"nun sonu çatır

9 Dekabr 2011 15:38
Milli.Az xəbər portalı "The Financial Times"a istinadən bildirir ki, 1998-ci ildə yaradılmış "Vertu" brendli telefonlar bahalı materiallardan hazırlanaraq daş-qaşla bəzədilir.

Bəzən qiyməti 300 min dollara çatan "Vertu"lar əsasən Rusiya, Asiya və Yaxın Şərq ölkələrində populyardır.
"Vertu"nun satışı əməliyyatı "Goldman Sachs" bankının nəzarətində olacaq.

Sövdələşmənin məbləği hələ bəlli olmasa da, "Vertu"nun 270-400 milyon dollara alınacağı gözlənilir.
"Vertu"nu satandan sonra "Nokia" bütün diqqətini smartfon istehsalına yönəldəcək.

Milli.Az