Ronaldunun adadan çıxmasına icazə verilmir

4 May 2020 15:04

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu İtaliyaya qayıtmaqda çətinlik çəkir

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Ronaldu "Yuventus"un düşərgəsinə dönmək üçün çarter reysi sifariş etsə də, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dönəmində Madeyrada hava nəqliyyatının dayandırılması səbəbindən problemlə üzləşib. Portuqaliyalı futbolçu adanı tərk etmək üçün yerli səlahiyyətlilərdən xüsusi icazə almalıdı.

A Seriyası dayandırıldıqdan sonra Ronaldu ölkəsinə yollanmışdı.

Qeyd edək ki, İtaliya hökuməti klubların məşqlərə başlamasına icazə verib.

Milli.Az