Ronaldu anasına 100 minlik maşın aldı

4 May 2020 10:54

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu anası Dolores Aveyruya "Mersedes GLC Kupe" markalı avtomobil hədiyyə edib.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu analar günü münasibətilə bu addımı atıb. Maşının dəyəri 100 min avroya yaxındır.

Dolores Aveyru "Instagram" hesabında oğluna təşəkkür edib.

Milli.Az