Azərbaycanda zəlzələ olub

4 May 2020 01:14

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Milli.Az