Bakıda yaşayış evində yanğın başlayıb

3 May 2020 22:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bildirilir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Milli.Az