Deputat köməkçilərinin işə götürülməsinə başlanıb

3 May 2020 18:17

Deputat köməkçilərinin işə götürülməsi prosesinə başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən müddətdə sənədlərində problem aşkarlanmayan 60-dan çox deputat köməkçisi rəsmi olaraq işə götürülüb.

Milli Məclis Aparatında deputat köməkçisi təsdiqlənmək üçün sənədləri təqdim edilən digər şəxslərin sənədlərinin araşdırılması davam edir.

Milli.Az