Bu universitetin yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunublar

3 May 2020 15:14

Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.

Azərbaycan Dillər Universitetindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında  yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.

Milli.Az