Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

3 May 2020 12:57

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 7 nəfər artaraq 589 olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə Covid-19-dan indiyədək 8 nəfər ölüb, 207 nəfər isə sağalıb. 5066 nəfər karantin rejimində, 528 nəfər isə stasionar müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. 

Milli.Az