Ukraynada daha 502 nəfərdə koronavirus aşkarlandı, 9 nəfər ölüb

3 May 2020 12:51

Ukraynada bir gündə koronavirusa yoluxanların sayı 502 nəfər olub, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda qeyd olunur ki, beləliklə ölkədə koronavirusa yoluxma halı artaraq - 11913-a çatıb.

Qeyd edək ki, indiyə kimi Ukraynada ümumilikdə koronavirusdan 288 nəfər ölüb, 1547 sağalıb.  

Milli.Az