Peruda zəlzələ olub

3 May 2020 10:17

Perunun cənub-şərqində 5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji xidməti xəbər yayıb.

Yeraltı təkanların episentri əhalisi 13 min nəfərdən ibarət Atunkolla şəhərindən 49 kilometr şimal-qərbdə, ocağı isə 185.6 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az