Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

2 May 2020 22:23

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Milli.Az