Bakının 300-dən artıq küçə və prospekti dezinfeksiya edilib - FOTO

2 May 2020 18:21

Bu gün səhər saatarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən çox işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib.

Milli.Az