Sumqayıt sakini yaşadığı evi yandırdı
20 Aprel 2010 12:31
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın 10-cu mikrorayon, ev 10, mənzil 65-də yaşayan Rüxsarə Hüseynovaya məxsus ümumi sahəsi 50 kvadrat metr olan mənzildə meydana gəlib.
Aparılan araşdırmalardan sonra yanğının R.Hüseynovonın həyat yoldaşı Arzu Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az