Millinin baş məşqçisi ilə müqavilə uzadılıb

2 May 2020 16:36

Belçika milli komandasının baş məşqçisi Roberto Martineslə müqavilə uzadılıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyası mütəxəssislə əməkdaşlığı uzatmağı məqsədəuyğun sayıb.

Bu ilin yayında anlaşması başa çatacaq 46 yaşlı ispaniyalı ilə yeni müqavilə imzalanıb. Yeni razılaşma 2 il müddətinə nəzərdə tutulub. Martines koronavirus pandemiyasına görə təxirə salınan və 2021-ci ildə təşkil olunacaq AVRO-2020-də, həmçinin vəsiqə qazanılsa, DÇ-2022-də komandasına rəhbərlik edəcək. 

Qeyd edək ki, Martines 2016-cı ilin yayından yığmanın baş məşqçisidir.

Milli.Az