Messi ilə oynamaq istədiyi üçün "Yuve"ni "Barsa"ya dəyişir

2 May 2020 14:24

"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç "Barselona"nın maraq dairəsindədi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Pyaniç "Barselona"ya keçməyin əleyhinə deyil. O, Lionel Messi ilə birlikdə oynamaq şansını qaçırmaq istəmir.

Orta xətti gücləndirmək istəyən katalon klubunun prioritetinin bosniyalı futbolçu olduğu bildirilir. Xüsusilə də Pyaniçin nadir hallarda zədələnməsi "Barsa" rəhbərliyinin diqqətini çəkib.

Milli.Az