Təhsil və Səhiyyə nazirlikləri intiharlara qarşı plan hazırlayıb
20 Aprel 2010 12:24
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, intihar halları, əsasən, uğursuz ailələrin uşaqları və xəstə uşaqlarda baş verir.
2010-cu ilin ilk üç ayı ərzində Azərbaycanda 12 məktəbli və yeniyetmə intihar edib. 2009-cu il ərzində Azərbaycanda 29 məktəbli və yeniyetmə, bir nəfər azyaşlı uşaq həyatına qəsd etmişdi.
Milli.Az