Millimizin futbolçusundan koronavirusla bağlı analiz götürüldü

2 May 2020 12:14

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb.

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.

Xatırladaq ki, Nazarov 4 ildir bu klubda çıxış edir. 

Milli.Az