“Face ID” maska altında da sifəti tanımağı öyrənəcək

2 May 2020 15:54

"Apple" şirkətinin mütəxəssisləri koronavirus infeksiyası yayıldığı üçün tibbi maskaların kütləvi istifadəsi ilə əlaqədar olaraq  smartfonlarında "Face ID" insan sifətinin skanerinin parametrlərinə dəyişiklik edəcəklər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Face ID" skaneri cihazı blokdan cəld çıxarmağa, "iTunes Store", "App Store" və "iBooks Store" tətbiqlərində alış-veriş etməyə imkan verir. Lakin sifəti gizləyən sanitariya vasitələrindən istifadə etdikdə bu sistemdə nasazlıqlar yaranır.

İOS əməliyyat sisteminin yeni versiyasında skaner istifadəçinin maska taxdığını müəyyən edəcək, bundan sonra cihaz avtomatik olaraq blokdan çıxarmaq üçün ənənəvi  şifrənin daxil edilməsi tələb olunan rejimə keçəcək.

Milli.Az