"Bayer Leverkuzen" Çarles Aranqislə yeni müqavilə imzalayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi çilili yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
31 yaşlı oyunçu 2023-cü ilin yayına qədər Bundesliqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, Aranqis 2015-ci ildən "Bayer"də çıxış edir.
Milli.Az