Məşhur serialın aktyorunu maşın vurdu - FOTO

2 May 2020 10:54

8 il reytinq siyahısında zirvədən enməyən "The Sopranos" serialının ulduzu Joseph Peteri (Joe Pantoliano) avtomobil vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Konnektikut ştatında baş verib.  Gəzintiyə çıxan Peterə "Porsche" markalı maşın zərbə vurub. Sürətli hərəkət edən avtomobil onu bir neçə metr kənara atıb.

Joseph başından, sol ayağı və çiynindən zərbə alıb.

Hazırda aktyorun vəziyyəti stabildir, xəstəxanadan evə buraxılıb.

Milli.Az