Bakı-Naxçıvan reysi açılacaqmı? - Operativ Qərargah

1 May 2020 18:26

Bakı-Naxçıvan reysi hələ açılmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, çünki Naxçıvan sarı zonadır:

"Bakı isə narıncı zona hesab edilir. Ona görə də yoluxmanın qarşısını almaq üçün bu məsələ hələ baxılmamış qalıb. Növbəti mərhələdə həmin məsələyə baxılacaq".

Milli.Az