Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib

1 May 2020 18:17

Milli Məclisin Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sədr bildirib ki, Azərbaycanda aparılan köklü islahatlar ictimai və siyasi həyatın bütün sahələrini əhatə edib: "Milli Məclisdə də struktur və kardr islahatlarının aparılması zərurətə çevrilib. Milli Məclisin aparatı və işlər idarəsi yenidən qrulub. İnanıram ki, bu işlər parlamentin daha effektiv fəaliyyət göstərməsinə gətirib çıxaracaq".

Milli.Az