"Bavariya" onun üçün 70 milyon avro təklif edəcək

1 May 2020 17:10

"Bavariya" Leroy Saneni transfer etmək istəyindən çəkinməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhenlilər "Mançester Siti"nin futbolçusu növbəti transfer pəncərəsində transfer edəcək.

Koronavirus pandemiyasından sonra yaranan böhrana baxmayaraq, "Bavariya" Sane üçün 70 milyon avro ödəyəmə hazır olduğunu bildirib. "Mançester Siti" isə Sane üçün 100 milyon avro tələb edir.

Milli.Az