Qırğızıstanda toqquşmalar bərpa olundu

20 Aprel 2010 12:22
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, küçələrə çıxan yüzlərlə insan kənddə dünən baş vermiş iğtişaşlar zamanı həbs olunmuş şəxslərin azadlığa buraxılmasını tələb edir. Milisin məsələyə müdaxiləsindən sonra nümayişçilər onları daş-qalaq etməyə başlayıb.

Xatırladaq ki, bu kənddə dünən baş vermiş toqquşmalarda 5 nəfər həlak olub, onlarla yaralanan var.

Milli.Az

Uyğun linklər:

Səfirlik: "Qırğızıstandakı iğtişaşlarda 2 azərbaycanlı xəsarət alıb"

Qırğızıstanda son toqquşmalarda 5 nəfər ölüb