Koronavirus tromb yaradır və xəstələr bundan ölür - həkimlər

1 May 2020 21:45

Yeni növ koronavirus qanın strukturunu dəyişib, onun laxtalanmasını pozur və tromb əmələ gətirir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Moskva operativ ştabı məlumat verib. Bu o deməkdir ki, yoluxmuş insanın vena damarlarında istənilən nahiyədə tromb əmələ gələ bilər. Bu da öz növbəsində insult, infarkt və ağciyər emboliyasına səbəb olub, xəstəni öldürür.

Ona görə koronavirus xəstələrini yaşlı-gənc kateroqoriyaya bölmək olmaz və tromb səbəbindən gənclər də virusdan ölür.

Xüsusən gənclərdə tromb şübhəsi özünü gec göstərdiyindən, onlarda gecikmiş mərhələdə müalicə təyin edilir.

Milli.Az