Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

1 May 2020 12:38

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib, aşağı həddi is 6,75 faiz səviyyəsində saxlanılıb.

Milli.Az