"Dibalanın testinin nəticəsini gözləyirik" - Açıqlama

1 May 2020 11:22

"Yuventus"un futbolçusu Paulo Dibalanın sonuncu koronavirus testinin nəticəsi hələ müəyyənləşməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə argentinalı hücumçunun sevgilisi Oriana Sabatini məlumat verib. O, oyunçuda 4-cü dəfə koronavirus aşkarlandığı xəbərlərini təkzib edib:

"Paulonun testinin nəticəsi açıqlanmayıb. Biz nəticəni gözləyirik. Bilmirəm, bu informasiya haradan çıxıb, amma dəqiq deyil".

Milli.Az