Tovuz rayonunun Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, aprelin 29-da saat 19 radələrində Tovuz rayonunun Xatınlı kəndi ərazisində rayon sakini A.Yusifov idarə etdiyi "VAZ-21099" markalı avtomobili aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Toğrul Quliyev orada ölüb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az