Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

30 Aprel 2020 18:27

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza faiz dərəcəsini dəyişməz saxlayıb. Bu göstərici 0 faiz müəyyən edilib

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərar bankın Direktorlar Şurasının iclasında qəbul olunub.

Bundan başqa, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,5 faiz, marginal kreditlər üzrə 0,25 faiz səviyyəsində saxlanılıb.

Avropa Mərkəzi Bankının Direktorlar Şurasının növbəti iclası iyunun 4-də keçiriləcək.

Milli.Az