Ölkədə tətbiq edilən karantin dövründə 1224 nikah qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq" mövzusunda bu gün keçirdiyi onlayn mətbuat konfransında nazirliyin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirib.
R.Manafova qeyd edib ki, karantin dövrü müddətində nikahların pozulması faktı qeydə alınmayıb. Bu proses müvəqqəti olaraq dayandırılıb.
Milli.Az