Daha bir ölkədə futbol bərpa olunur

30 Aprel 2020 17:52

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə İsveçrə Super Liqasının bərpa tarixi müəyyənləşib.

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, dövlət rəsmiləri çempionatın iyunun 8-dən başlayacağını açıqlayıb.

Oyunların azarkeşsiz keçiriləcəyi bildirilir.

Mayın 11-dən isə komandalara məşq üçün icazə veriləcək.

Milli.Az