Keyndən sevindirici xəbər

30 Aprel 2020 19:58

"Tottenhem"in futbolçusu Harri Keyn zədədən bərpa olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Joze Mourinyo məlumat verib. Ancaq o bildirib ki, ingilis hücumçunun yaxşı formada olmasından əmin deyil.

Qeyd edək ki, H.Keyn zədə səbəbindən yanvarda əməliyyat olunmuşdu.

Milli.Az