Eda xidmətçisinin oğlu üçün nazirlikdən kömək istədi

30 Aprel 2020 17:45

"Yasak Elma" serialının baş qəhrəmanı Eda Ece köməkçisinin oğlu üçün Türkiyə Səhiyyə Nazirliyindən kömək istəyib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisa tvitter hesabında status yazaraq evində çalışan işçisinin 11 yaşlı oğlunun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

"Dərmanını almaq üçün müraciət olunub, lakin sərhədlər bağlı olduğu üçün həblər gətirilmir. 55 gündür ki, vəziyyət belədir. Həkim əlindəki dərmanları verib, amma bir müddətdir dərmansız qalıb", - deyə Eda bildirib.

Nazirlik onun müraciətini nəzərə alaraq məsələni təcili olaraq nəzarətə götürdüyünü açıqlayıb.

Daha sonra E. Ece quruma təşəkkürünü bildirərək problemin tezliklə həll olunacağını vurğulayıb.

Milli.Az