Dünən Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi "VAZ 21099" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub. O, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az