Bakıda yaşayış binasında yanğın

20 Aprel 2010 12:05
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın saat 11:30 radələrində 8-ci mikrorayon, Naxçıvani küçəsində, "İstanbul evləri" kimi tanınan yaşayış binasının 5-ci mərtəbəsində meydana gəlib. Yanğın qısa zamanda bütöv mənzili əhatə edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az